Azərbaycan GUAM ölkələrinin idman oyunlarının keçirilməsini təklif edir

12:52 - 15 Dekabr 2016 - SİYASƏT

GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) birgə idman oyunlarının keçirilməsi nəzərdə tutulur.APA-nın məlumatına görə, bunu GUAM PA-nın Bakıda keçirilən sessiyasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Azərbaycanın bu təkliflə çıxış etdiyini deyən nazir qeyd edib ki, idman da əməkdaşlıq edilən sahələr sırasına daxil edə bilər: “Bu istiqamətdə əməkdaşlıq intensivləşməlidir. GUAM ölkələri digər sahələrdə sıx əməkdaşlıq edir və birgə idman oyunlarının keçirilməsi bu əlaqələri daha da gücləndirər”. 

Xəbər xətti