Nazirlik: “Hazırda Bakıda çovğun müşahidə olunur”

11:37 - 15 Dekabr 2016 - ÖLKƏ İÇİ

"Hazırda Bakıda çovğun müşahidə olunur". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir: "Paytaxt və yarımadada qar yağır və artıq bəzi yerlərdə qar intensivləşib".

Xəbər xətti