Ana səhifə
19 Sentyabr 2018

Köhnə mənzillər ucuzlaşır, yeni mənzillər isə bahalaşır

Nüsrət İbrahimov: “Ev alqı-satqısı ilə məşğul olan ofislərə müraciət edən alıcıların sayı kəskin azalıb”

 

 

İqtisadi sanksiyalar artıq Rusiyanın daşınmaz əmlak bazarına da çatıb. Moskvanın məşhur Tverskaya küçəsindəki ticarət obyektlərinin icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb. Deyəsən, bu təsirlər Rusiyanın yaxın qonşusu və əsas ticarət tərəfdaşı olan Azərbaycana da təsir etməkdədir. Belə ki, oktyabr ayında Bakıda köhnə mənzillərin ucuzlaşması davam edib. Daşınmaz əmlak bazarını araşdıran ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ötən ay təkrar bazarda mənzillər 0,6 faiz ucuzlaşıb: “Nəticədə mənzillərin 1 kvadratmetrinin qiyməti 2088 dollardan 2076 dollara enib. Bu ilin əvvəli ilə müqayisədə 14,9 faiz artıqdır. Son bir ildə isə Bakıda köhnə mənzillər 16 faiz bahalaşıb”.

Ekspert qeyd edir ki, buna baxmayaraq köhnə mənzillərin qiyməti artıq bir neçə aydır ki, ucuzlaşmaqdadır: “Bunun səbəbi alıcı qıtlığıdır. Hazırda ev alqı-satqısı ilə məşğul olan ofislərə müraciət edən alııların sayı kəskin azalıb”.

 

N.İbrahimov hesab edir ki, alıcıların sayının kəskin azalmasının bir neçə səbəbi var: “Bunlar ipoteka kreditlərinin dayandırılması, Rusiyadan pul göndərişlərinin azalması və evlərin qiymətinin əsassız olaraq artmasıdır. Şəhərdə 1 otaqlı evi 60 min manata satırlar. Bu pulu bir otaqlı evə verməkdənsə, torpaq alıb fərdi ev tikmək daha sərfəlidir. Ona görə də alıcıların mənzillərə marağı azalıb".

 

Ekspert vurğulayır ki, oktyabrda paytaxtda tikilən yeni mənzillərin qiymətində əksinə kəskin artım baş verib: “Bir ay ərzində qiymətlər az qala 5 faiz yüksəlib. Nəticədə paytaxtda yeni tikilən mənzillərin orta qiyməti 1 kvadratmetr üçün 1 360 dollar təşkil edir. Ümumiyyətlə ilin əvvəlindən indiyədək yeni mənzillər 18,7 faiz bahalaşıb. Son bir ildə isə "novostroyka"ların qiyməti 21 faiz yüksəlib”. N.İbrahimovun sözlərinə görə, yeni tikililərin belə sürətli bahalaşmasının səbəbi, ucuz qiymətə olan mənzillərin satılıb qurtarmasıdır: "Nəticədə indi satışda olan mənzillərin əksəriyyəti bahalı binalarda qalanlardır, bu da qiymətlərin artması ilə nəticələnib". Ekspert bildirir ki, qiymətlərin baha olmasına görə, əksər binalarla satışlar aşağıdır, amma buna baxmayaraq bina sahibləri qiymətləri aşağı salmaq niyyətində deyillər.

 

Müsahibimiz bildirir ki, oktyabrda Bakının yeni tikililər bazarında baş verən proseslər kommersiya obyektlərində də müşahidə edilib: “Ötən ay obyektlərin satış qiyməti 4,3 faiz artıb. Nəticədə obyektlərin 1 kvadratmetrinin satış qiyməti orta hesabla 4291 dollar olub. Ümumilikdə, ilin əvvəlindən bəri Bakıda kommersiya obyektlərinin qiymətində 6,82 faiz artım var. Bununla yanaşı, kommersiya obyektləri bazarı qeyri-sabitliyi ilə seçilir. Belə ki, son bir ildə kommersiya obyektlərinin qiyməti cəmi 0,63 faiz artıb. Bu obyektlərinin belə bahalaşmasının səbəbi odur ki, satışda olan obyektlərin arasında yeni binaların aşağı mərtəbələrindəki obyektlərin sayı artır”.

N.İbrahimov bildirir ki, Yeni tikililərlə yanaşı, ötən ay torpaqların da qiymətində artım baş verib. Oktyabrda Bakıda torpaqların qiyməti 4,31 faiz bahalaşıb: «Nəticədə paytaxtda bir sot  torpağın qiyməti 19 058 dollara qalxıb. Bu da 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 9,9 faiz çoxdur. Amma ilin əvvəlinə nisbətən bahalaşma daha çox olub”.

N.İbrahimov bunun 2014-cü ilin əvvəlində qeydə alınmış ucuzlaşma ilə izah edir.

İqtisadçı ekspertlrə də daşınmaz əmlak bazarında yaşanan kəskin durğunluğun həm neftin qiymətinin ucuzlaşması, həm də Rusiya amili ilə bağlı olduğunu deyirlər. Başqa sözlə, Rusiyada vəziyyətin pisləşməsi bizdə əmlak bazarına təsir göstərir. Çünki faktiki olaraq əmlak alan insanlar ya hansısa qeyri-rəsmi yolla pul qazanan məmurlardır, ya da ki, Rusiyada biznes vasitəsilə pul qazananlar. Azərbaycanda az sayda insan var ki, onlar birbaşa pul qoyub nəsə ala bilirlər. Yəni əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar. İpotekanın vəziyyəti də hər kəsə məlumdur. Durğunluğun bir səbəbi də neftin dünya bazarında ucuzlaşması ilə əlaqədardır. Neftin ucuzlaşması əmlak bazarında da qiymətləri kəskin ucuzlaşdırır.

İqtisadçılar bu durğunluğun yalnız iki amil əsasında aradan qalxa biləcəyini deyirlər. Birincisi, dünya bazarında neftin qiymətindən. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, bu, Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. O cümlədən biz əmlak bazarında da qiymətlərin aşağı düşməsi prosesini görəcəyik. Əgər neft 90 dollardan yuxarı olarsa, 100 dollara satılarsa, o zaman bu durğunluq ötüb keçəcək. İkinci amil isə Rusiya amilidir. Rusiyada vəziyyət nə qədər düzəlməyib, bizdə də əmlak bazarında durğunluq olacaq. Ola bilsin müəyyən bir dövr üçün hətta Rusiyadakı proseslər alıcı bazarında qiymət artımınadək gətirib çıxarsın. Amma əmlak bazarında durğunluq hələ uzun müddət davam edəcək.

 

Əfsun

Tarix
12 Noyabr 2014 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin