Küçədə 24 yaşlı gənc bıçaqlandı - Gəncədə

11:27 - 15 Dekabr 2016 - HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseynov Fəqan Arzu oğlu hələ ki, bilinməyən səbəblərdən qarın nahiyəsindən bıçaqlanıb. Dostları tərəfindən xəstəxanaya çatdırılan F.Hüseynov, dərhal həkimlər tərəfindən əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Zərərçəkənin yaxınları polisə verdikləri ifadələrində F.Hüseynovun özü özünü bıçaqladığını bildiriblər.

Xəbər xətti