Cəlilabadda evdə partlayış: 73 yaşlı kişi yanaraq ölüb

16:29 - 14 Dekabr 2016 - HADİSƏ

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti