Ronaldo: "Əgər bu olsaydı, mən Messidən daha çox "Qızıl top"u qazanardım"

11:43 - 14 Dekabr 2016 - İDMAN

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti açıqlama verib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Lionel Messi ilə eyni komandada olsaydılar, hansının daha çox "Qızıl top" mükafatını qazana biləcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, çətin sualdır. İkimizin eyni komandada oynamağı maraqldı olardı. Əgər bu olsaydı, mən Messidən daha çox "Qızıl top"u qazanardım, ancaq o da məndən çox uzaqda olmazdı. Hamı bilir ki, Messi yaxşı oyunçudur. O, beş dəfə "Qızıl top"un sahibi olub".
K.Ronaldo bildirib ki, 2017-ci ildə də "Qızıl top"u qazanmağa çalışacaq:
"Messi ilə "Qızıl top"ların sayını eyniləşdirməyə çalışacam. Bunun üçün mübarizə aparacağam. Ancaq hazırda hədəfim klublararası dünya çempionatın qalibi olmaqdır".

Xəbər xətti