Atlantik okeanında rekord hündürlükdə dalğa qeydə alınıb

10:55 - 14 Dekabr 2016 - MARAQLI

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) yeni dünya rekordu - 19 metr hündürlüyündə olan dalğa qeydə alınması barədə məlumat verib. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu cür nəhəng dalğa Atlantik okeanın şimal hissəsində İslandiya və Böyük Britaniya arasında qeydə alınıb. "Ölçmənin aparıldığı dövr ərzində ilk dəfə 19 metr hündürlüyə malik dalğa qeydə alınıb. Bu, indiyə qədər görünməmiş rekorddur", - deyə ÜMT-nin baş katibinin köməkçisi Ventszyan Çjan bildirib.

ÜMT rəsmisinin sözlərinə görə, bu nəticənin qeydə alınması dəniz sənayesində təhlükəsizliyin təmin edilməsi və gəmi daşımalarında canlanma müşahidə edilən istiqamətlərdə ekipaj və sərnişinlərin həyatının qorunmasını təmin etmək baxımından vacibdir.

Xəbər xətti