Çində yanğın baş verib: 5 ölü, 4 yaralı

10:52 - 14 Dekabr 2016 - HADİSƏ

Çinin Şandun vilayətində fəaliyyət göstərən zavodda yanğın baş verib. Bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, ölkənin şərqindəki Hayyan şəhərində elektron avadanlıqları istehsal edən müəssisədə baş vermiş hadisə zamanı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti