Tramp DİN rəhbəri vəzifəsinə Rayan Zinkenin namizədliyini irəli sürüb

10:47 - 14 Dekabr 2016 - SİYASƏT

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatası qarşısında yeni administrasiyanın daxili işlər naziri vəzifəsinə Rayan Zinkenin namizədliyi təklifini qaldırıb. Bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Zinke hələ yeni prezidentin təklifinə rəsmi şəkildə razılığını bildirməyib. 55 yaşlı konqresmen ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının keçmiş hərbçisidir. O, 2015-ci ildən Konqresin aşağı palatasının üzvüdür.

"Politico"nun məlumatına görə, Tramp həmçinin daha bir konqres üzvünün – Aydaho ştatından olan respublikaçı Raul Labradorun da Daxili İşlər Nazirliyinin başçısının vəzifəsinə namizədliyini nəzərdən keçirib. Lakin son nəticədə Zinkanı seçməyə qərar verib.

Xəbər xətti