Ana səhifə
14 Noyabr 2018

Rumıniyada Azərbaycanla bağlı elmi konfrans keçirilib

Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə ''Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi'' mövzusunda elmi konfrans keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, ARDNŞ-nin məlumatına görə, konfransda universitetin rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin təmsilçiləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak etmişlər.
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov konfransda “Azərbaycanın iqtisadi inkişafı - enerji mərkəzi olmaq üçün Rumıniya bu təcrübədən necə istifadə edə bilər” mövzusunda çıxış etmişdir. O, çıxışına Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın zəngin neft və qaz yataqları - Azərbaycan xalqının milli sərvətidir” fikirləri ilə başlayaraq bildirmişdir ki, Ulu öndərin rəhbərliyi ilə 1994-cü ildə müstəqil Azərbaycanın iqtisadi inkişafının əsas konsepsiyası hesab edilən ''Əsrin müqaviləsi''nin imzalanması ilə ölkəmiz dünyanın ən böyük neft dövlətlərindən birinə çevrilmişdir. 
“Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd edildiyi gün Avropanın enerji xəritəsini dəyişəcək və 21-ci əsrin layihəsi olacaq “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha sübut etmişdir. Tədbirdə TAP, TANAP layihələri, Səngəçal və Kulevi terminalları barədə ətraflı məlumat verilmiş, beynəlxalq enerji sahəsində aparıcı oyunçulardan biri olan ARDNŞ-nin Rumıniyadakı fəaliyyətindən danışılmışdır. 
Bildirilmişdir ki, bu ölkədə “SOCAR” brendi ilə fəaliyyət göstərən 30 yanacaqdoldurma məntəqəsində müştərilərə yüksək səviyyəlı xidmət təklif edilir. SOCAR Rumıniyaya investisiya yatıran 10 ən böyük şirkətin siyahısında yer almışdır.

 

Bəhruz

Tarix
12 Noyabr 2014 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin