Cəzaçəkmə Müəssisəsində məhbus ölüb- Azərbaycanda

15:35 - 13 Dekabr 2016 - HADİSƏ

Azərbaycanda daha bir məhkum dünyasını dəyişib.APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum, 1967-ci il təvəllüdlü Əlişah Əliş oğlu Məlikov qəfildən vəfat edib. Ölümün səbəblərinin müəyyənləşdirməkdən ötrü ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son günlər məhkumlar arasında ölüm halları artıb. 

Xəbər xətti