Netanyahudan Azərbaycanla bağlı vacib açıqlama

13:05 - 13 Dekabr 2016 - SİYASƏT

“Bu gün mən bizim üçün iki vacib ölkəyə – Azərbaycan və Qazaxıstana ikigünlük rəsmi səfərə gedirəm. Bu iki ölkə İslam dünyasında mühüm əhəmiyyətə malikdir və bizim vəzifəmiz bu ölkələrlə diplomatik, təhlükəsizlik və iqtisadi sahədə əlaqələri gücləndirməkdən ibarətdir”. Ucnoqta.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Bakıya səfərə yola düşən İsrailin baş naziri Benyamin Netanyahu hava limanında jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, sözügedən ölkələr İsraillə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və İsrailin Asiya, Afrika və Latın Amerikası, həmçinin İslam dünyası ölkələri ilə əməkdaşlığının gücləndirilməsi hər iki tərəf, o cümlədən bütövlükdə İslam dünyası üçün vacibdir.
B.Netanyahu İsrail Dövlətinin baş nazirinin Qazaxıstana ilk dəfə səfər etdiyini vurğulayıb: “Bu baxımdan səfər tarixi əhəmiyyət daşıyır. Bu, həmçinin İsrail baş nazirinin müstəqil Azərbaycan Respublikasına ikinci səfəridir. Mən xatırlayıram, Azərbaycana ilk səfərimi demək olar, 20 il əvvəl həyata keçirmişəm. O zaman hazırkı prezidentin atası ilə görüşmüşdüm. Bu səfər ənənənin yaşadılması və irəliyə doğru atılan ciddi addımdır”.

Xəbər xətti