Ana səhifə
14 Noyabr 2018

Daha bir kəndə ilk dəfə qaz verildi

Gədəbəy rayonunun Moruqlu kəndinə ilk dəfə təbii qaz verilib.                                                             

 

 

Ucnoqta.az xəbər verir ki, ARDNŞ-nin məlumatına görə, Noyabrın 12-də Gədəbəy rayonunun Moruqlu kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.Bildirilmişdir ki, 163 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23030 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 15 ədəd siyirtmə, 163 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

Bəhruz

Tarix
12 Noyabr 2014 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin