Hərbi bazada partlayış: 20-dən çox əsgər yaralanıb

11:04 - 13 Dekabr 2016 - HADİSƏ

Koreya Respublikasının Ulsan şəhərindəki hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralıların hamısı Cənubi Koreya ordusunun əsgərləridir. Onlar xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Hərbçilər hələ rəsmi bəyanat verməyiblər.

Xəbər xətti