Türkiyədə "F-16" qırıcısı qəzaya uğrayıb

21:18 - 12 Dekabr 2016 - DÜNYA

 Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. "Ucnoqta.az" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "F-16" tipli qırıcı təyyarə Diyarbəkir şəhəri yaxınlığındakı aerodrom ərazisində axşam saatlarında qəzaya uğrayıb. Pilotun paraşütlə tullandığı və heç bir xəsarət almadığı bildirilir.
Əraziyə təcili yardım maşınları, xilasetmə qrupları və hərbçilər göndərilib. 

Xəbər xətti