Ana səhifə
21 İyul 2017

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin  səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub. 

Səfər proqramı dekabrın 12-də Ümumilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi  ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümumilli liderin abidəsini ziyarət edib,  önünə gül dəstələri qoyublar. 

Daha sonra Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Basın Yayın və İnformasiya Genel Müdirliyində nümayəndə heyətinin qurumun başqanı Mehmet Akarca ilə görüşü keçirilib. 
Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin,  Azərbaycanda KİV-in durumu və  KİVDF-nin fəaliyyəti barədə məlumat verib. 
 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov Azərbaycan-Türkiyə KİV-ləri arasında  əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər. 

Nümayəndə heyətinin növbəti görüşü Türk İşbirligi və Koordinasiya Agentliyində (TİKA) baştutub. TİKA başqanı Sərdar Çam  nümayəndə heyəti ilə görüşdə rəhbərlik etdiyi qurumun dünyada gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. KİVDF-nin icraçı direktoru V.Səfərli Fondun TİKA ilə əməkdalığı və gələcək perspektivlər barədə fikirlərini bölüşüb
Səfər proqramı davam edir. 
Məlumat üçün bildirək ki,  nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər. Səfər proqramı dekabrın 16-dək davam edəcək. 

Tarix
12 Dekabr 2016 [19:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ