İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 44-ə çatıb

13:32 - 12 Dekabr 2016 - DÜNYA

 İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb. “Report“ "Milliyet"ə istinadən xəbər verir ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır. Terror nəticəsində 155 nəfər yaralanıb. 
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.

Xəbər xətti