Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb

12:39 - 12 Dekabr 2016 - HADİSƏ

Bakıda daha iki nəfər dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev və Sabunçu rayonu ərazisində yaşayan Asifə Qasımova evlərində dəm qazından zəhərlənərək ölüblər. 
Hər iki faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti