Bakıda təcili tibbi yardım maşını qəza törətdi- FOTO

12:25 - 12 Dekabr 2016 - HADİSƏ

Bakıda təcili tibbi yardım maşını qəza törədib. Hadisə şahidlərinin ucnoqta.az-a verdikləri məlumata görə, "Koroğlu" metrostansiyası yaxınlığında yolun əks istiqamətində hərəkət edən "Real hospital"a məxsus təcili tibbi yardım avtomobili dönmə hərəkəti edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində xəsarət alan olmadığı bildirilir.

Hadisə yerində hüquq-mühafizə xidmətinin əməkdaşları araşdırma aparır.


Xəbər xətti