Atdan yıxılan Şəmkir sakininin boynu qırıldı

10:06 - 11 Dekabr 2016 - HADİSƏ

 Şəmkir rayonunda gənc atdan yıxılaraq boynunu sındırıb. "Report"un məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü, İsmayılov Kamil Nürəddin oğlu atdan yıxılaraq boynunu sındırıb.Ağır xəsarət alan K. İsmayılov yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti