Bakıda bir nəfər hündürmərtəbəli binadan özünü atıb

09:25 - 11 Dekabr 2016 - HADİSƏ

Dekabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda intihar hadisəsi barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hündürmərtəbəli binadan avtomobilin üzərinə düşən şəxsiyyəti məlum olmayan cəsədi götürərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:48-də başa çatıb. 

Xəbər xətti