Türkiyədə matəm elan olunub

09:18 - 11 Dekabr 2016 - DÜNYA

Türkiyədə bir günlük matəm elan olunub. Ucnoqta.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bu qərar ölkənin baş naziri Binəli Yıldırım tərəfindən imzalanıb.
Qeyd edək ki, dünən axşam, yerli vaxtla saat 23:30 radələrində İstanbul şəhərinin Beşiktaş rayonunda dalbadal iki partlayış baş verib. Terror aktlarının əsas hədəfi polis əməkdaşları olub. Partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.

 

Xəbər xətti