Xaqani Məmmədov ittihamlara cavab verdi

15:39 - 9 Dekabr 2016 - İDMAN

 "UEFA siyahının ildə bir dəfə yenilənməsinə qərar verib"

 "Hakimlərin kateqoriyalarının yenilənməsi ilə bağlı dərc olunan siyahı UEFA-ya aid deyil. UEFA siyahıda heç bir dəyişiklik etməyib". Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azərbaycanlı FİFA referisi Əliyar Ağayevin kateqoriyasının yüksəlməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
X.Məmmədov UEFA Hakimlər Komitəsinin referilərin kateqoriyasının dəyişdirilməsinə yalnız mövsüm sonunda qərar verəcəyini bildirib: "Mən bir saat əvvəl UEFA Hakimlər Komitəsinin üzvü Nikolay Levnikovla danışdım. O bildirdi ki, bu il FİFA hakimlərinin siyahısına baxılmayıb. Qərara alınıb ki, siyahıya iyunda baxılsın. Dünən iclas keçirilib və bununla bağlı heç bir qərar qəbul edilməyib. Bizə həmin komitənin digər üzvü demişdi ki, Əliyar I kateqoriya alacaq. Mətbuatda dərc olunan siyahı bu il üçündür. Əvvəllər iyun və dekabrda siyahı yenilənirdisə, indi yalnız iyunda baxılacaq. Levnikov mənə dedi ki, Əliyar mötəbər turnirlərə dəvət alacaq".
Komitə sədri siyahıya yeni FİFA referisi adı almış hakimlərin əlavə olunmasına da aydınlıq gətirib: "Siyahıda elit, 1 və 2-ci kateqoriyalarda dekabrda heç bir dəyişikliyin olmamasına qərar verilib. Yalnız 3-cü kateqoriyalı hakimlər, yəni yeni ad almışlar oraya əlavə olunub. Buna görə də yeni FİFA referimiz Ömər Paşayevin də adı ora düşüb".

Xəbər xətti