Abşeron sakininə qarşı 170 min manatlıq dələduzluq edilib

12:29 - 9 Dekabr 2016 - HADİSƏ

Abşeron rayon sakininə qarşı 170 000 manatlıq dələduzluq edilib. "Report"un xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 000 manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Xəbər xətti