Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər

11:02 - 9 Dekabr 2016 - Xəbər

Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti görüş üçün ilkin razılıqlarını verib. Bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.

O qeyd edib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur.

Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur.

Xəbər xətti