Televizor 4 yaşlı uşağın başına düşüb- Bakıda

17:27 - 8 Dekabr 2016 - HADİSƏ

 Bakıda 4 yaşlı uşağın başına televizor düşüb. Hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

 Nəticədə Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
 Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xəbər xətti