"Azərişıq": "Hazırda elektrik enerjisinin verilməsində heç bir problem yoxdur"

14:58 - 8 Dekabr 2016 - ÖLKƏ İÇİ

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün 24 saat xidmət göstərir.Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qurum rəsmisi bildirib ki, hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmayıb:
"Bu gün səhər saatlarında bir neçə ərazidən elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Hazırda Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur".

Xəbər xətti