Aİ Sankt-Peterburq və Vyana razılaşmalarının həyata keçiriləcəyinə ümid edir

14:57 - 8 Dekabr 2016 - SİYASƏT

Aprel ayında Dağlıq Qarabağda vəziyyətin eskalasiyası fonunda Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən təkliflər ətrafında danışıqlar aparmağa çağırır. APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini Hamburqda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.
O bildirib ki, Aİ Avropa məkanında münaqişələrin mövcud formatlar çərçivəsində həllinə dəstək verməyə davam edəcək: "Biz hələ də Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edirik”.

Xəbər xətti