\"Qarabağ\" həlledici oyununa çıxır

12:27 - 8 Dekabr 2016 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.
Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir. 
Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir. 
Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.qol.az


8 dekabr
Avropa Liqasının qrup mərhələsi
J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya)

Xəbər xətti