Qarlı hava Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaradıb - FOTO

10:00 - 8 Dekabr 2016 - ÖLKƏ İÇİ

Hazırda Bakı şəhərində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxılıq yaranıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin verdiyi xəbərə görə, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (mərkəzə doğru), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə) və Yusif Səfərov küçəsində (mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Qeyd edək ki, BNA sürücülərə bildirir ki, buzlu yollarda nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.


Xəbər xətti