Sədaqət “Gecələr”ni təqdim edib

15:20 - 7 Dekabr 2016 - MAQAZİN

Müğənni Sədaqət Ulduz yeni “Gecələr” adlı mahnısını təqdim edib. Söz və musiqisi Tural Bakuvi, aranjemanı Ramal Rəsula məxsusdur. Lirik janrda olan mahnıda qədim musiqi aləti ud səsinə üstünlük verilib. Udu Kənan ifa edib. Mahnı artıq bütün radio dalğalarında yayımlanır. Müğənni ...... açıqlamasında “Gecələrə”ə klip çəkdirəcəyini də dedi. Sədaqət Ulduz bir neçə ildir Sultan Hacıbəyov adına musiqi kollecində aşıq sənətini tədris etdiyini də bildirdi. 6 yaşında ümummittifaq festival laureatı adını aldığını deyən müğənni aşıq sənəti, deyil, mahnı janrına üstünlük verdiyinə gizlətmədi: “ Bəzən mahnı oxumağa yüngül iş kimi, dırnaqarası baxırlar. Amma mahnı oxumaq heç də aşıq musiqisi, muğam oxumaqdan asan deyil, əksinə, daha çox istedad tələb edir. Muğamda özünəməxsus çox şeylər edə bilərsən. Lakin mahnıda bu imkanlar yoxdur. Saz sənətində populyar olmaq çox asandır. Mənə deyirlər ki, sazı götür əlinə sənə geniş meydanlar açaq. Çünki aşıq sənətində olanlar arasında sənətə qulluq edənlər barmaqla sayılır. Əksəriyyəti toy repertuarı oxuyur. Qınamıram. Sazla toy mahnıları oxuyurlar ki, efirə, toy şənliklərinə getsinlər. Aşıq gərək yaradıcı olsun. Mən gözəl saz çalıb oxuya bilərəm. Amma öz yaradıcılığım yoxdursa, bu, mənasızdır. Aşıq gərək özü yaza, özü oxuya, aşıq Ulduz kimi. Onun-bunun şerini deyəcəmsə, yalandan sazı əlimə niyə götürüm?” 

Xatırladaq ki, Sədaqət tanınmış aşıq, əməkdar mədəniyyət işçisi aşıq Ulduzun qızıdır. 

Elməddin MURADLI

Xəbər xətti