Dövlət büdcəsindən mətbuata ayrılan vəsaitin artırılması təklif edilib

“2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmalıdır”. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əflatun Amaşov çıxış edib. Jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyən Ə. Amaşov bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. 
“Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Qəzetlərin satışı çox zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda internet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılsın. İnternet medianın maliyyələşdirilməsi üçün ən az 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan şəxslər necə yaşamalıdır?” - deyə Ə. Amaşov vurğulayıb.

Tarix
7 Dekabr [14:37]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Elektron mediaya maliyyə dəstəyi göstərilə bilər

2017-02-17 13:32:18

Azərbaycan Televiziyası haqqında QHT rəhbərlərinin TƏƏSSÜRATLARI

Qulu Məhərrəmli Arif Alışanova qalib gəldi - Məhkəmə bitdi

Jurnalistə qarşı cinayət təqibinə xitam verildi...

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

Deputat saytla bağlı bəyanat verdi

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Əflatun Amaşov: “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir”

Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edilib

“Anar Həsənovun işdən çıxarılması jurnalistlər üçün dərs oldu”

“Bu misli görünməmiş bir ədalətsizlik idi"

“BİR MƏTBUAT KONFRANSININ TARİXİ” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.