43 yaşlı kişini maşın vurdu - Zaqatalada

12:38 - 7 Dekabr 2016 - HADİSƏ

Zaqatalada toy məclisindən çıxıb evə gedən kişini maşın vurub. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 21.00 radələrində Zaqatala şəhərində fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib. Zaqatala rayonunun Mamrıx kənd sakini, 1973-cü il təvəllüdlü Şaban Məhəmməd oğlu Şıxıyev rayonun Yuxarı Tala kənd sakini İsayev Şahid Ömər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 930 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı kişi təcili olaraq Zaqatala  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, ona ilkin yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti