Bakıda 18 yaşlı oğlan küt alətlə döyülüb

12:03 - 7 Dekabr 2016 - HADİSƏ

 Bakıda 18 yaşlı oğlan evdən çölə çağırılaraq küt alətlə döyülüb."Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Yavər Əliyev küçəsi 4 ünvanında baş verib. 
Belə ki, 1998-ci il təvəllüdlü Cəbrayılov Tayhan Dilafət oğlunun mobil telefonuna zəng edən tanışları onu evdən həyətə çağırıblar. Evdən çıxan T.Cəbrayılov qəfildən iki tanışının hücumuna məruz qalıb. Küt alətlə döyülən gəncin üz çənə sümüyü sınıb.
T.Cəbrayılov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti