Bakıda yük maşını qadını vuraraq öldürüb

11:34 - 7 Dekabr 2016 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakini İlqar Tahirov idarə etdiyi "UAZ-3303" markalı avtomobillə yolu keçən paytaxt sakini Xumar Abdinovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Abdinova orada ölüb. 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti