Ana səhifə
17 Noyabr 2018

MSK sədrinin müavini: “Şikayət arxivə atılmaq üçün deyil"

“Seçki pozuntuları son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olur. Ona görə də seçki pozuntuları dairə seçki komissiyalarının nəzdindəki ekspert qruplarında məsuliyyətlə araşdırılmalıdır”.

 

 

Ucnoqta.az xəbər verir ki, apa-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Seçkilərlə bağlı müraciətlərin DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr edilmiş seminar-müşavirədə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov söyləyib.

Seminar-müşavirənin Konstitusiya Gününə təsadüf etdiyini bildirən N.Məmmədov deyib ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr edilib: “Biz insan hüquqlarının qorunmasında öhdəlik daşıyan insanlarıq. Ona görə də vətəndaşlardan, ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Bu prosesdə seçki komissiyalarının rolu mühümdür. DSK nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində bir addım, öz səlahiyyətləri daxilində məsul bir qurumdur. Hüquq-mühafizə orqanları ilə müqayisə aparsaq, ekspert qrupları istintaq-təhqiqat aparan qurumlar qədər əhəmiyyətlidir. Seçki hüququ insan hüquqlarının ən ali mərtəbəsidir. Azərbaycanda artıq qanuni əsaslarla fəaliyyət göstərən, təcrübəli seçki komissiyaları sistemi formalaşıb, məntəqə, dairə seçki komissiyaları və MSK olmaqla ölkə ərazisini əhatə edilir. İnşallah, ölkə ərazisi azad ediləcək, seçki komissiyaları bütün ölkə ərazisini əhatə edəcək”.

Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran MSKsədrinin müavini bildirib ki, Azərbaycan bu gün seçicilərinin siyahısını internetdə yerləşdirən ölkələr sırasındadır. Onun sözlərinə görə, seçki komissiyaları 5 milyondan çox seçicinin hüquqlarının qorunmasına məsuldur. N.Məmmədovun sözlərinə görə, bu gün seçki prosesinə siyasi partiyalar, siyasi bloklar da qoşulur: “Biz onların hüquqlarını və münasibətlərdəki rolumuzu bilməliyik. Seçki komissiyalarında seçki hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpasında maraqlıyıq. Bizim xoşlamadığımız şikayət anlayışı var, ancaq hər bir halda şikayət insanların hüquqlarının qorunması, pozulmuş hüquqların aradan qaldırılması üçün təbii qəbul edilməlidir. Ancaq şikayətin olması hələ pozuntunun olması demək deyil. Ona görə də hər bir şikayət ətraflı araşdırılmalıdır. Şikayət arxivə atılmaq üçün deyil, hər bir şikayət mütləq araşdırılmalıdır. Şikayətlər seçki məntəqələrində seçki məntəqəsinin üzvləri, DSK-larda ekspert qrupları araşdırmalıdır”.

Tarix
12 Noyabr 2014 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin