Sabahın havası açıqlanıb

12:47 - 6 Dekabr 2016 - ÖLKƏ İÇİ

 Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 4-7° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütünundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, olacağı gözlənilir.

Xəbər xətti