Oqtay Əsədov: "Ölkə iqtisadiyyatında real artım proqnozlaşdırılır"

12:30 - 6 Dekabr 2016 - SİYASƏT

Dünya iqtisadiyyatında inkişaf templəri zəifləyib, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, ötən dövrdə dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözləniləndən az olub və Mərkəzi Bankın monetar siyasətində müvafiq düzəlişlər edilməsi zərurəti yaranıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Bizə təqdim edilmiş büdcə zərfinin sənədlərində də göründüyü kimi, 2017-ci il və növbəti 3 il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqbnozlaşdırılır”.

Xəbər xətti