Ana səhifə
22 Sentyabr 2018

Avropa İranla barışır

Avropa İttifaqının İran Milli Tanker Şirkətinə qarşı sanksiyaları ləğv olunub. “İTAR-TASS” -ın verdiyi xəbərə görə, buna səbəb iş üzrə müəyyən olunmuş müddətin bitməsi və Avropa İttifaqı Şurası tərəfindən məhkəmə iddialarının olmaması göstərilir.    

Şirkətin hüquqşünası Rovin Şandrasekera isə bildirib ki, Avropa İttifaqı Şurası məhkəmənin xahişi ilə sanksiyaları ləğv etməsindən şaddırlar. “Lakin bu qərarın gec qəbul olunmasından təəssüf hissi keçiririk”. Bununla belə, Aİ-dəki mənbə “Röyters”ə bildirib ki, Aİ, əvvəlki kimi, şirkətin sanksiya siyahısında qalmasına çalışır.     

 Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya İran Milli Tanker Şirkəti də daxil olmaqla İranın 5 şirkəti və təşkilatına, həmçinin adı açıqlanmayan bir vətəndaşına qarşı sanksiyaları ləğv edib.  

 

Tarix
8 Oktyabr 2014 [10:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin