Məktəblilərin qiraət müsabiqəsinə start verildi - Azərbayanda

10:56 - 6 Dekabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə reallaşan“Məktəbli Gənclərin Qiraət Müsabiqəsi” layihəsinə start verilib. Layihənin başlanması ilə bağlı keçirilən tədbirdə layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihə-lərin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşdü.

Sonra layihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin mərhələləri, iştrakçılar qarşısında qoyulan başlıca tələblər, müsabiqə şərtləri və müsabiqədə qiymətləndirmə metodologiyası barədə konfrans iştrakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, artıq müsabiqədə iştrak etmək istəyənlərin müraciətləri başlanıb. Müraciətlərin qəbulu 2017-ci il yanvar ayının 10-dək davam edəcək. İlkin seçimdən sonra müsabiqədə iştrak etmək hüququ qazanan məktəblilər münsiflər heyəti qarşısında çıxış edəcək və onların aldıqları qiymətlər əsasında qaliblər müəyyənləşdiriləcək. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Diplomları ilə mükafatlandırılacaq.

Xəbər xətti