Toqquşma nəticəsində 20-dən çox insan ölüb - Konqoda

10:54 - 6 Dekabr 2016 - DÜNYA

Konqo Demokratik Respublikasının mərkəzi hissəsində Çikapa şəhəri ətrafında hərbçilər və qiyamçılar arasında baş vermiş toqquşmalar nəticəsində üç gündə 23 nəfər həlak olub. Məlumatı yerli hakimiyyət orqanlarına istinadən "Frans Press" agentliyi yayıb. Döyüşlər cümə günündən bazar gününədək davam edib.

Kasai əyalətinin qubernatorunun sözlərinə görə, toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin 13 əməkdaşı və 10 qiyamçı həlak olub, daha 14 nəfər yaralanıb.

Ümumiyyətlə, son iki ildə Konqo Demokratik Respublikasında baş vermiş hücumlar nəticəsində 700-dən çox insan ölüb.

Xəbər xətti