Özbəkistanın yeni prezidenti məlum olub

15:19 - 5 Dekabr 2016 - DÜNYA

Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirziyev qalib gəlib.
“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib.
Qeyd edək ki, Şövkət Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası,parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Xatırladaq ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində vəfat edib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirziyev yerinə yetirir.

Xəbər xətti