"Qarabağ" - "Fiorentina" matçının hakim təyinatları açıqlanıb

14:26 - 5 Dekabr 2016 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin VI turunun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Fiorentina" matçının hakim təyinatları açıqlanıb.
Görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq.

Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrillo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
UEFA nümayəndəsi: Vasili Melniçuk (Ukrayna)
Hakim-inspektor: Maykl Zoratti (Avstriya)
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" oyunu dekabrın 8-i saat 20:00-da keçiriləcək.

Xəbər xətti