Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

13:26 - 5 Dekabr 2016 - SİYASƏT

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, E.Məmmədyarov, həmçinin dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.
Azərbaycan XİN başçısının sözügedən tədbirlərdə çıxışları və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Xəbər xətti