"Qarabağ" - "Fiorentina" oyununun biletləri satışa çıxdı

12:53 - 5 Dekabr 2016 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” – “Fiorentina” (İtaliya) matçının biletləri bir qədər əvvəl satışa çıxarılıb. Qol.az-ın xəbərinə görə, biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişir.
Xatırladaq ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Xəbər xətti