Avtomobildən mobil telefonlar aşkarlandı - Sərhəddə

11:41 - 5 Dekabr 2016 - HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Ucnoqta.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti