Ağır yol qəzası: 9 ölü, 20 yaralı

11:36 - 5 Dekabr 2016 - HADİSƏ

Çinin cənub-qərbində ağır yol qəzası baş verib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Yunnan vilayətinin Dexun dairəsində qeydə alınıb. Sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. 
Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti