18 yaşlı oğlan avtomobillə divar arasında sıxılaraq ölüb - Şirvanda

11:32 - 5 Dekabr 2016 - HADİSƏ

Şirvanda 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq xəsarət alıb.

Ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında reanimasiya şöbəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti