2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır - Sabahdan

11:10 - 5 Dekabr 2016 - ÖLKƏ İÇİ

Sabahdan başlayaraq üç gün ardıcıl olaraq Milli Məclisin plenar iclası keçiriləcək. iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək. Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.

Xəbər xətti