ABŞ admiralı: “Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır”

11:08 - 5 Dekabr 2016 - DÜNYA

“Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir”.

Bunu ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms “Reuters”ə müsahibəsində bildirib.

“Bizim üçün bir sıra təhlükə mənbəyi mövcuddur. Rusiya isə nüvə silahı baxımından ABŞ üçün real təhlükə mənbəyidir”, - deyə o, vurğulayıb.

ABŞ-ın Hərbi Dəniz Əməliyyatları komandanı, admiral Con Riçardson da Rusiyanın hərbi fəallığı ilə bağlı narahatlığını bildirib: “Rusiyanın bütün dünyada, o cümlədən Aralıq və Xəzər dənizlərində, eləcə də Atlantik okeanın şimalında və Sakit okeanda hərbi fəallığı artmaqdadır”.

Xəbər xətti